AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bir qrup əməkdaşı bu elm müəssisəsinin Ucar Dayaq Məntəqəsində ezamiyyətdə olub.
Ezamiyyətin məqsədi mövzu planına uyğun olaraq çöl tədqiqat işlərini yerinə yetirmək, dayaq məntəqəsində aparılan təcrübələr və təsərrüfat əkinlərində faktiki alınmış quru ot məhsullarının hesablanması, gələcək məhsulun proqnozlaşdırılmasıdır.
Ezamiyyət müddətində müxtəlif kənd təsərrüfatı bitkiləri becərilib, fenoloji müşahidələr aparılıb, torpağa tələb olunan gübrə normaları verilib, plan üzrə digər işlər yerinə yetirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.