Kaliforniyanın bir neçə universitetinin astrofizikləri qədim bir qalaktikada oksigenin miqdarını ölçüblər.
Mütəxəssislər bunu Havay adalarında yerləşən Keck teleskopu vasitəsilə həyata keçiriblər. Onlar COSMOS-1908 adlı qalaktikanı müşahidə ediblər ki, bu qalaktikanın işığı Yer kürəsinə 12 milyard ilə çatır. Tədqiqatçılara görə, bu, oksigen miqdarının ölçülməsi mümkün olan ən uzaq qalaktikadır. Alimlər bunu Keck I teleskopunda quraşdırılan həssas infraqırmızı MOSFIRE spektrinin köməyi ilə əldə etdiklərini bildiriblər. Aparılan tədqiqatlar nəticəsində COSMOS-1908-də oksigenin günəşdən 20 faiz çox olduğu müəyyən edilib.