Norveçin Nobel Komitəsi tərəfindən Kolumbiyanın prezidenti Xuan Manuel Santos bu il Sülh üzrə Nobel mükafatı laureatı seçilib. Qalib 376 ictimai xadim və beynəlxalq təşkilatlar arasından seçilib. X.M.Santos bu mükafata ölkəsindəki 50 illik vətəndaş müharibəsinə son qoyduğuna görə layiq görülüb.
Qeyd edək ki, bu müharibə 220 min kolumbiyalının həyatını itirməsinə, 6 milyona yaxın insanın isə məcburi qaçqın düşməsinə səbəb olub.