Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyası yaradılıb

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyası yaradılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən AMEA Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyasının tərkibi müəyyənləşdirilib. Komissiya üzvləri ilə tanış olan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bildirib ki, attestasiya elmi işçilərin tutduqları vəzifələrə uyğun peşəkar fəaliyyətin qiymətləndirilməsi məqsədi ilə aparılır. Diqqətə çatdırılıb ki, attestasiya elmi işçilərin tədris və yaradıcılıq imkanlarının səmərəli istifadəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, kadrların seçilməsinin, hazırlanmasının və yerləşdirilməsinin optimallaşdırılmasına, elmi işçilərin mənəvi və maddi maraqlarının yüksəldilməsinə xidmət edir.Qeyd edək ki, “Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 16 iyul tarixli 181 nömrəli qərarı ilə təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: