AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, pedaqoji elmlər namizədi, dosent Sabir Tağıyev elmi-tədqiqat işlərindəki xüsusi xidmətlərinə görə Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) həqiqi üzvlüyünə qəbul edilib. Alim, həmçinin həmin qurumun “Taclı ulduz” ordeni ilə təltif olunub.
ATEA-nın prezidenti, professor V.Q.Tıminski tərəfindən imzalanan və həmin akademiyanın möhürü ilə təsdiq edilən diplom və mükafatlar alimə təqdim edilib.
Qeyd edək ki, S.Tağıyev 200-dən çox məqalənin, 10-dək kitabın müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, bir sıra beynəlxalq və yerli elmi konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələrlə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.