Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin növbəti elmi seminar məşğələsi Pir Hüseyn xanəgahına həsr edilib

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin növbəti elmi seminar məşğələsi Pir Hüseyn xanəgahına həsr edilib

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin növbəti elmi seminar məşğələsi, Azərbaycan Respublikasının ölkə əhəmiyyətli XI-XII əsr abidəsi Pir Hüseyn xanəgahı haqqında oldu.

Orta əsrlərin məşhur sufi şeyxi Pir Hüseyn (Şirvani) Rəvaninin adı ilə bağlı olan bu xanəgah kompleks, vaxtilə, Hacıqabul ərazisində inşa edilmiş və onun nəfis oyma naxışlı mehrabı 1940-cı ildən günümüzə qədər Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında nümayiş olunur.

Tikilinin tarix, memarlıq, araşdırma baxımından zənginliyindən danışan muzeyin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinin böyük elmi işçisi, professor Kamil İbrahimov qeyd etdi ki, olduqca zəngin xəzinəyə, bənzərsiz kaşı lövhələrə malik olan bu xanəgah, dəfələrlə talan edilərək kaşı lövhələri Avropa muzeyləri, şəxsi kolleksionerlərə satılmışdır. Lakin xanəgahın zərif kaşı lövhələrinin bir neçəsi bu gün Nizami muzeyində nümayiş olunur.

Seminar məşğələsi muzey əməkdaşları – professor Abbas Seyidov, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva, elmi işçilər Kəmalə Nuriyeva, Nəzmiyyə Yigitoğlu, Tutu Məmmədova, Törəxanım Hüseynova və başqalarının sual və çıxışları ilə davam etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: