Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2016 09:58
  • A-
  • A
  • A+

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Akademik Rafael Hüseynovun sədrliyi ilə 2016-ci il noyabrın 30-da Azərbaycan Respublikası Elmi Tədqiqatları Əlaqləndirmə Şurasının Filologiya problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib. 

İclasda 3-ü elmlər doktorluğu, 26-sı fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 29 iddiaçının mövzusu müzakirə edilib.

Tədbirdə “Ədəbi avtobioqrafiyanın nəzəriyyəsi və tipologiyası”, “Lev Tolstoy və Azərbaycan ədəbi-nəzəri fikri”, “Bayatı yaradıcılığında ifa prosesi, funksiya və variantlaşma problemləri” adlı doktorluq disseratsiyası mövzuları, həmçinin “Müasir Azərbaycan mətbuatında aktiv və passiv leksika”, “Komponentlərindən biri heyvan adı olan bitki adları”, “Oğuz qrupu türk dillərində geyim adları”, “Dilçilik terminologiyasında sinonimlik problemi” və digər filologiya üzrə fəlsəfə doktorluğu hazırlığı mövzuları nəzərdən keçirilib. Baxılmış mövzulardan 10-u isə təsdiq edilməyib.

Beləliklə, iclasda 10-nun adında dəyişiklik edilməklə, 19 dissertasiya mövzusu təsdiq edilib. Bəzi mövzular isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları Atamoğlan Həsənov, Azadə Musayeva, Bədirxan Əhmədov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Rəhilə Qeybullayeva, Seyfəddin Rzasoy, Qulu Məhərrəmli, Şəfəq Əlibəyli çıxış edərək rəy və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: