Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2017 15:27
  • A-
  • A
  • A+

Şagirdlər kimya elminə maraq göstərirlər

Şagirdlər kimya elminə maraq göstərirlər

Fevralın 12-də AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Kaspi Liseyinin “Ağ şəhər“ filialının şagirdləri üçün “Açıq qapı” günü keçirilib. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması idi.

Tədbir çərçivəsində şagirdlər institutun laboratoriyaları ilə tanış olublar. Bu müəssisənin gənc alim və mütəxəssisləri institutda aparılan tədqiqat işləri, onların praktiki əhəmiyyəti və tətbiq perspektivləri, həmçinin müəssisədə quraşdırılan müasir cihaz və avadanlıqlar barədə şagirdlərə ətraflı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: