Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Nəhəng asteroid Yerin maksimal yaxınlığından keçəcək
20.04.2017 10:24
  • A-
  • A
  • A+

Nəhəng asteroid Yerin maksimal yaxınlığından keçəcək

Bu gün JO25 adlı böyük asteroid Yerin maksimal yaxınlığından keçəcək.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, sözügedən asteroid ilk dəfə 2014-cü ildə kəşf edilib. Azərbaycanda kosmik cismi bu gün axşam saat 01:00-a kimi görmək mümkün olacaq.

Alimin sözlərinə görə, ölçüsü 1,5 km olan asteroidin Yerə ən yaxın məsafəsi 1,76 milyon km olacaq: "JO25-i yalnız teleskopla görmək mümkündür. Çünki onun parlaqlığı adi ulduzdan 100 dəfə zəifdir".

Alim kosmik cismin növbəti dəfə 500 ildən sonra Yerə yaxınlaşmasının gözlənildiyini bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: