25 aprel 2017-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş Azərbaycanda şərqşünaslıq sahəsində tədqiqatların meydana gəlməsi, bu istiqamətdə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur. Proqramın qonağı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.