AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Sənubər Əhmədova-Hacıyevanın geniş ön söz yazaraq təsvir və tərtib etdiyi “Əlyazmalar İnstitutu xəzinəsində mühafizə edilən almandilli materialların kataloqu” kitabı işıq üzü görüb.
Kataloqa AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə edilən almandilli materialların qısa təsviri daxil edilmişdir. Bu materiallar çap kitablarını, kataloqları, lüğətləri, dövri mətbuat nümunəsini, elmi arxiv, fond və arxiv sənədlərini, fotoşəkilləri, fotoplyonka və mikrofilmləri, foto və kitab surətlərini, hədiyyə fondu materiallarını, kserosurətləri, makina çapını, müəllifi olmayan və ya naqis kitabları əhatə edir.
Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktorları fil.ü.f.d., dosent Əkrəm Bağırov, tarix ü.f.d., dosent Nigar Babaxanova, rəyçiləri fəl.e.d., dosent Zəkiyyə Əbilova və böyük elmi işçi Kəlamə Abbasovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.