AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən İmişli rayonunda 2500 il yaşı olan qədim yaşayış məskəni aşkarlanıb. 4 hektar ərazini əhatə edən Zilitəpə adlı yaşayış məskənində insan skeleti, gildən hazırlanmış tütək, ox ucluqları, qılınc dəsti, sikkələr, saxsı qablar və heyvan sümükləri tapılıb.
Tapılan maddi mədəniyyət nümunələrinin Makedoniyalı İsgəndərin dövrünə aid olduğu ehtimal olunur. Zilitəpənin bundan əvvəl aşkar edilən Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi qədim yaşayış məskənləri ilə də əlaqəsi olduğu bildirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.