Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.05.2026 12:45
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun əməkdaşları Türk dünyasına həsr olunan beynəlxalq konfransda çıxış ediblər

Ədəbiyyat İnstitutunun əməkdaşları Türk dünyasına həsr olunan beynəlxalq konfransda çıxış ediblər

Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Türk dünyasında kültür və dəyərlərin izləri” simpoziumu keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın elm və təhsil qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə türkoloji elmin əsas istiqamətləri - ədəbiyyat, dil, tarix və mədəniyyət sahələrini əhatə edən 150-yə yaxın elmi məruzə təqdim olunub. Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri də fəal iştirak ediblər.

Plenar iclasda institutun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır”, - tezisinin yalnız tarixi ənənələrə söykənmədiyini, müasir dövr və gələcək üçün yeni birlik modelinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Natiq konfransın 100 il əvvəl I Türkoloji Qurultaya ev sahibliyi etmiş Bakıda keçirilməsini, eləcə də tədbirin Türkiyə və Özbəkistanın nüfuzlu elm və təhsil qurumları ilə birgə təşkilini Türk dünyasında elmi əməkdaşlığın genişlənməsi baxımından mühüm hadisə kimi dəyərləndirib.

İki gün davam edən konfrans çərçivəsində Ədəbiyyat İnstitutunun əməkdaşları müxtəlif panel iclaslarında aktiv iştirak ediblər. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd və filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə ayrı-ayrı panellərə sədrlik ediblər.

Eyni zamanda, institutun əməkdaşlarından filologiya elmləri doktoru, dosent Xuraman Hümmətova, filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, filologiya elmləri doktoru, dosent Eşqanə Babayeva, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Şükufə Vəliyeva, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova, Maya Həsənli, Leyla Primova və Hicran Əhməd məruzələrlə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: