Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.05.2017 12:36
  • A-
  • A
  • A+

"Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsində 35 layihə iştirak edib

"Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsində 35 layihə iştirak edib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə "Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi keçirilib.

Yarımfinal mərhələsində müsabiqəyə müraciət edən 148 layihədən 35-i iştirak edib.

Tədbirdə münsiflər tərəfindən qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi, bazar potensialı, rəqabət gücü və digər meyarlar nəzərə alınıb.

Müsabiqənin final mərhələsi iyunun 9-da keçiriləcək və 5 layihə qalib elan ediləcək.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin 2013-cü ildən mütəmadi olaraq həyata keçirdiyi "Yeni Fikir Müsabiqə"sinin bu ilki əsas tərəfdaşı AMEA-nın Yüksək Texnologiyalar Parkıdır. Parkın müsabiqəyə baş sponsor olmaqda əsas məqsədi innovativ sahibkarlığın inkişafına töhfə vermək və yüksək texnologiyaların inkişafı üçün önəmli olan mühitin formalaşmasına, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək verməkdir. Müsabiqədə birinci yeri qazanan layihənin komandasına bu qurum tərəfindən 10 000 manat pul mükafatı veriləcək. Bundan əlavə, müsabiqədə iştirak edən uğurlu layihələrə Yüksək Texnologiyalar Parkında inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: