Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, professorNaib Əmirov XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınının təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş soyqırım olduğunu bildirib. Soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verən N.Əminov qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa sığmaz soyqırım aktı törədiblər: “Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilərək öldürülmüş, 487 nəfərə ağır xəsarətlər yetirilmiş, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışdır”.

İnstitutun böyük elmi işçisi Əkbər Kərimov öz çıxışında bu hadisələrin canlı şahidi olduğunu, ailə üzvlərinin ermənilər tərəfindən amansızlıqla qətlə yetirdiyini bildirib.

Tədbirdə çıxış edən institutun “Bitki fiziologiyası” şöbəsinin müdiri, professorRamiz Əliyev və Həmkarlar Təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoruHamlet Sadıqov da soyqırımın acı xatirələrindən danışıblar.

Sonda Xocalı soyqrımını əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: