AMEA Zoologiya İnstitutunda ”Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirilib.
1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirdə çıxış edən institutun MM qərargah rəisi Mürvət Bəyalıyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən danışıb. Bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd edilir. Bu nüfuzlu beynəlxalq qurum ən mürəkkəb fövqəladə hallar baş verdikdə əhatə etdiyi ölkələrə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir, möhkəmləndirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Tədbirdə fövqəladə hallarda davranış qaydaları haqqında ətraflı məlumat verilib, zəlzələ və yanğınlar zamanı görülməsi vacib olan işlərdən danışılıb, yanğının söndürülməsi, əleyhqaz və s. vasitələrdən istifadə olunması qaydaları nümayiş etdirilib
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.