Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
13.07.2017 14:15
  • A-
  • A
  • A+

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Mərkəzi Bank və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birgə “2 Fevral – Gənclər Günü” münasibətilə elan etdiyi “Gənc alimlər və maliyyə savadlılığı” mükafat müsabiqəsinin nəticələri açıqlanıb.

Birgə müsabiqə komissiyasının rəyinə əsasən, maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılıb:

I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, 1500 manat;

II yer – Murad Hacıyev, 1000 manat;

III yer – Nurlanə Kərimova və Yaşar Dəmirov (hər biri 500 manat).

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi əsərlərin meydana çıxması, gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin stimullaşdırılması olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: