Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2017 18:49
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb

AMEA Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son illərdə elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, iki qurum arasında artıq formalaşmış əməkdaşlıq münasibətləri var və tezliklə praktiki işlərə başlanacaq.

V.Babayev YTP-nin təqdim etdiyi bütün xidmətlərin 2017-ci ilin sonuna kimi elektronlaşdırılacağını və hər bir şəxsin vahid ərizə formasını doldurmaqla öz təkliflərini texnoparka göndərə biləcəyini söyləyib. Alim həyata keçiriləcək layihələrin həm daxili bazarda, həm də ixrac üçün istifadə olunacağını diqqətə çatdırıb.

Sonra "EPC Group" MMC-nin direktoru Məhəmməd Miabi çıxış edərək rəhbərlik etdiyi şirkətin elmi tədqiqatlar və ixtiraların kommersiyalaşdırılması məqsədilə AMEA YTP ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, "EPC Group" investisiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir və həyata keçiriləcək biznes layihələrini dünya bazarlarına çıxarma imkanları var.

Daha sonra müəlliflər öz layihələri barədə məlumat veriblər.

Sonda V.Babayev və M.Miabi əməkdaşlıq Sazişini imzalayıb.

Əməkdaşlıq çərçivəsində "EPC Group" ilə AMEA Yüksək Texnologiyalar Parkına təqdim olunan və Texnoloji Transfer xidmətindən keçən bir sıra layihələrin müəllifləri arasında investisiya tərəfdaşlığına dair sənədlər imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: