Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın institut və təşkilatlarının kadrlar şöbəsinin məsul şəxsləri ilə seminar keçirildi

AMEA-nın institut və təşkilatlarının kadrlar şöbəsinin məsul şəxsləri ilə seminar keçirildi

Bu gün AMEA-nın Əsas binasında AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquqi Təminat Şöbəsi tərəfindən AMEA institut və təşkilatlarının kadrlar şöbəsinin məsul şəxsləri ilə AR Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbənin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirdi ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında işəgötürənlə işçi arasında əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanması, kadr məsələsinin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması, əməkdaşların hüquqlarının pozulması hallarının qarşısının alınması, işəgötürən və işçilər arasında yaranmış hüquq münasibətlərinin hüquq müstəvisində həyata keçirilməsi həlli vacib məsələlərdəndir.

Daha sonra R.Ağasiyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Qanunda işəgötürənlə - işçi arasında bağlanmış əmək müqavilələrinin hüquqi məzmunu, onların elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasının hüquqi əsasları, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə AR-in Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində edilmiş əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verdi.

Sonra çıxış edən Hüquqi təminat şöbəsinin əməkdaşı Aygün Ələsgərova əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından danışdı.

Şöbənin baş mütəxəssisi Bahar Həsənova Neft-Kimya Prosesləri İnstitutundan Nəzirə Mehdiyeva, AMEA İqtisadiyyat İnstitutundan Ulduz Əliyeva, AMEA İnformasiya Texnologiyaları İnstitutundan Ziba Nağıyeva, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Gülüstan İsayeva və digərlərinin suallarını cavablandırdı.

Sonda AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil və Kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva çıxış edərək seminarın keçirilməsinin əhəmiyyətindən söz açdı.

 
  • Paylaş: