Məlum olduğu kimi, 2016-cı ildən etibarən AMEA-nın Zoologiya İnstitutu tərəfindən laboratoriya şəraitində tibb zəlisinin süni yolla çoxaldılması istiqamətində tədqiqatlar aparılır. Hazırda institutun Tətbiqi zoologiya mərkəzində respublikada ilk dəfə olaraq laboratoriya şəraitində zəlilərin çoxaldılması texnologiyası hazırlanır.
Labarotoriya şəraitində qışda müsbət 18-22, yayda 24-27 dərəcə temperaturda saxlanılan və xüsusi qayğı ilə bəslənilən zəlilər ilin müxtəlif vaxtlarında nəsil vermək qabiliyyətinə malik olub, hər 6-8 aydan bir barama verə bilərlər.
Qeyd edək ki, zəlidən tibbdə geniş istifadə olunur. Ölkəmizdə təbii şəraitdə tibb zəlisinin inkişafı üçün əlverişli şərait mövcuddur. Azərbaycanda zəliyə daha çox Dəvəçi limanı, Kiçik Qızılağac körfəzi, Lənkəran təbii vilayətinin su hövzələri, Kürətrafı göllər, Naxçıvan MR-in və Gəncə-Qazax zonasının su tutarlarında rast gəlinir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.