Noyabrın 1-də Qazaxıstan Təsviri İncəsənət Muzeyinin direktoru, akademik Aynabek Ospanovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.
Bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşdə ölkələrimizin muzeyləri arasında əlaqələr, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planlar müzakirə edilib. Eyni zamanda, türkdilli xalqların tarixindən, muzey işindən, mədəni irsin mühafizəsi problemlərindən söz açılıb.
Sonra qazaxıstanlı qonaqlar muzeyin ekspozisiyası və məşhur xeyriyyəçi H.Z.Tağıyevin xatirə muzeyi, həmçinin müəssisənin fond və bərpa laboratoriyasının iş təcrübəsi ilə tanış olublar.
A.Ospanov öz əl işi olan rəsm əsərini və Təsviri İncəsənət Muzeyinin fəaliyyəti barədə buklet və kitabları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.