28 fevral 2018-ci il tarixində saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycan dilinin bir sıra aktual məsələlərinin müzakirəsinə həsr olunub. Proqramın qonağı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.