AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 11-14 mart 2018-ci il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində elmi ezamiyyətdə olub.
Alim səfər çərçivəsində “Ukrayna Milli Elmlər Akademiyasının 100 illiyi: keçmiş və müasirlik” mövzusunda keçirilən elmşünaslıq və elm tarixi üzrə XXVIII beynəlxalq Kiyev simpoziumunda iştirak edib.
Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təhsilin tarixi səhifələri” mövzusunda məruzəsini təqdim edən M.Seyidbəyli AXC hökumətinin təhsil siyasəti, təhsil almaq üçün xarici ölkələrə və Ukrayna ali təhsil müəssisələrinə göndərilən gənclər barədə məlumat verib.
Azəbaycanlı alim, həmçinin Ukrayna Milli Elmlər Akademiyası Q.M.Dobrov adına Elmi Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutunun illik hesabatınnın dinlənilməsi və təhlili üzrə keçirilən iclasda ekspert şürasının üzvü kimi iştirak edib. Daha sonra o, həmin institutun direktoru, professor Boris Malitskiy, rusiyalı alim, professor U.Baturin və Qırğızıstan, Gürcüstan, Belarusdan olan görkəmli alimlərlə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.