AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Moskva şəhərində keçirilən Rusiya Elmlər Akademiyası (REA) S.İ.Vavilov adına Elm və Texnika Tarixi İnstitutunun XXV illik konfransında iştirak edib.
Tədbirdə “Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda məruzəsini təqdim edən M.Seyidbəyli qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə misilsiz töhfə vermiş görkəmli azərbaycan alimi Lütfi Zadənin zəngin elmi irsi barədə iştirakçılara ətraflı məlumat verib.
Daha sonra o, REA-nın Elm və Texnika Tarixi İnstitutu tərəfindən təşkil olunan “Mühəndis texnologiyaları və informatika EnT 2018” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
M.Seyidbəyli, həmçinin REA-nın Elm və Texnika Tarixi İnstitutunun direktoru, professor Dmitriy Şerbinin, Çin Xalq Respublikası Elmlər Akdemiyasının Elm və Texnika Tarixi İnstitutunun direktoru, professor Baiçun Çanq, rusiyalı alim, professor U.Baturin və Ukraynadan olan görkəmli alimlərlə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.