Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Torpaqşünaslıq və Aqrokimya İnstitutunda oldu

AMEA prezidenti Torpaqşünaslıq və Aqrokimya İnstitutunda oldu

Bu gün AMEA prezidenti, akademik Akif Əlizadə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) oldu. AMEA rəhbəri öncə institutun laboratoriyaları ilə tanış oldu, burada aparılan elmi-tədqiqat işləri haqqında ona məlumat verildi.

AMEA Aqrar Elmlər Bölməsi və institutun Elmi Şurasının birgə iclasında akademik A.Əlizadə müasir dövrdə yeni təşkilati-idarəetmə formalarının axtarışı, bu sahədə səmərəliliyin artırılması, elmi biliklərin və texnologiyaların tətbiqininin elmin inkişafında mühüm məsələlərdən olduğunu diqqətə çatdırdı. Bu baxımdan institutun müasir tələblərə cavab verməsi, lazımi avadanlıq və texnologiyalarla təchiz olunmasının vacibliyini qeyd etdi.

AMEA rəhbəri həmçinin gənc kadrların institutda elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, baza kafedralarının yaradılması, yeni metodikanın tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən də söz açdı.

TAİ-nin fəaliyyəti haqqında məlumat verən AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov son dövrlərdə institutun beynəlxalq əlaqələrinin genişləndiyini söylədi. Alim respublikanın torpaqşünaslıq və aqrokimya sahəsi üzrə alimlərin Beynəlxalq və Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvü olduğunu bildirdi. Bununla belə, institutda həlli vacib problemlərin də olduğunu diqqətə çatdırdı.

İclasda həmçinin AMEA Rəyasət Heyətinin qərarına əsasən institutun direktoru vəzifəsini icra edən təyin olunmuş aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov kollektivə təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: