Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.04.2018 09:54
  • A-
  • A
  • A+

Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsinin müdiri, yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev Fulbrayt Fondunun qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətdə olub.

Məqsəd Miçiqan Universitetinin Yer və ətraf mühit elmləri şöbəsinin professoru Natan Niyemi ilə birgə “Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi” mövzusuna dair tədqiqatların aparılması olub.

Bu tədqiqatların nəticəsi olaraq Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur. Bu da öz növbəsində müasir geodezik və seysmik verilənlərin istifadəsi nəticəsində tədqiqat ərazisində aktiv deformasiyanın sürəti və lokalizasiyasını, geoloji və termoxronoloji verilənlərin istifadəsi nəticəsində isə uzun müddətli zaman intervalında Böyük Qafqaz dağ silsiləsinin formalaşma sürətini müəyyən etmə və seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsi imkanını yarada və mövcud olan plitələr tektonikasının paradiqmasına yenidən baxılmasına səbəb ola bilər.

Səfər ərzində müəyyən ilkin nəticələr əldə olunub və onların işlənilməsi, interpretasiyası və təhlili üzərində işlər aparılıb. Alınmış nəticələr tezliklə elmi ictimaiyyətin müzakirəsinə çıxarılacaq və xarici jurnallara təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: