Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ölkə kitabxanalarında innovativ texnologiyaların tətbiqi mexanizminin işlənilməsi istiqamətində tədqiqatlar aparılacaq
23.04.2014 00:00
  • A-
  • A
  • A+

Ölkə kitabxanalarında innovativ texnologiyaların tətbiqi mexanizminin işlənilməsi istiqamətində tədqiqatlar aparılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olmuş “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin yerinə yetirilməsi haqqında Elmin İnkişafı Fondu ilə layihə rəhbəri arasında müqavilə imzalanıb.

Layihənin rəhbəri, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycanşünaslıq şöbəsinin müdiri, MEK-in Gənc alim və mütəxəssislər şurasının sədri Nərminə Abdullayevadır. Məqsəd kitabxana işi sahəsindəki yenilikləri, innovativ dəyişiklikləri, texnoloji innovasiyaları, istifadəçilərin informasiya təminatına yardımçı olacaq yeni xidmət növlərini öyrənmək, alınmış nəticələrin ölkə kitabxanalarının, xüsusilə Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə tətbiqinin iş prnsiplərini işləməkdir.

Layihənin icra müddəti 9 aydır. Həmçinin bu müddət ərzində qazanılmış təcrübə əsasında innovativ texnologiyaların ölkə kitabxanalarında tətbiqi mexanizminin işlənib hazırlanması, alınmış elmi nəticələrin “Kitabxana innovatikası” adı altında ümumiləşdirilməsi və nəşri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: