Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2018 08:06
  • A-
  • A
  • A+

AXC-nin 100 illiyi münasibətilə keçirilən elmi müsabiqənin iştirakçılarının təqdimatı olub

AXC-nin 100 illiyi münasibətilə keçirilən elmi müsabiqənin iştirakçılarının təqdimatı olub

AMEA-nın Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə gənc alim, doktorant və dissertantlar arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsinin iştirakçılarının təqdimatları olub.

Gənc tədqiqatçılardan Motor yağlarına aşqar kompozisiyaları laboratoriyasının kiçik elmi işçisi Aidə Yusifova “İşlənmiş motor yağlarının regenerasiya məhsulları əsasında yüksək gücləndirilmiş avtotraktor dizelləri üçün yeni sürtkü kompozisiyaları”, Yanacaqlara aşqarlar laboratoriyasının dissertantı Ulduz Cəfərova “Asetilen sıra qlisid efirlərinin bəzi kimyəvi və bakterisid xassələrinin öyrənilməsi”, Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqat laboratoriyasının doktorantı Mənsurə Hüseynova “[2-(Aminotioksometilhidrazon)]sirkə turşusunun keçid metalları ilə kompleks birləşmələrinin quruluşu və xassələri, Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları laboratoriyasının dissertantı Günay İsmayılova “Ksantogenat turşularının törəmələrinin sintezi, tədqiqi və siyrilməyə, yeyilməyə qarşı aşqar kimi”, Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının kiçik elmi işçisi Xədicə Məmmədyarova “Heteroatom saxlayan alkilfenolyat aşqarı modifikasiyası” və Yanacaqlara aşqarlar laboratoriyasının əməkdaşı Lalə Mahmudova “Biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyasının işlənib hazırlanması və istismar xassələrinin tədqiqi” mövzularında məruzələrini təqdim edib, sualları cavablandırıblar.

Qeyd edək ki, müsabiqənin şərtlərinə uyğun olaraq namizədlərin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələr Ekspert Komissiyası tərəfindən qiymətləndirilib. “Ən yaxşı məruzə” müsabiqəsinin nəticələri 30 may 2018-ci il tarixində elan olunacaq. Qaliblərə diplom və pul mükafatları təqdim olunacaq. Həmçinin həmin tədbirdə elmi nailiyyətlərinə görə institutun bir gənci "Gənclər üçün akademik Əli Quliyev" diplomu ilə təltif ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: