AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, BDU-nun Elmi Kitabxanasının direktoru Sara İbrahimova və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev imzalayıblar.
Əməkdaşlıq memorandumunda tərəflər arasında informasiya və sənəd mübadiləsinin aparılması, müəssisələrin elmi vəsait bazalarının zənginləşdirilməsi və gələcəkdə birgə layihələrin təşkili kimi məsələlər nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.