Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2014 00:00
  • A-
  • A
  • A+

“Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusunda seminar keçirilib

“Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusunda seminar keçirilib

Mayın 7-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda keçirilən ümuminstitut seminarında ABŞ-ın Texas Texniki Universitetinin “Elektrik və Kompyuter mühəndisliyi” şöbəsinin Tətbiqi proqnozlaşdırma laboratoriyasının direktoru, prof. Hamed Sair-Sarraf məruzə ilə çıxış edib.

“Texniki proqnozlaşdırma və onun riyazi əsasları” mövzusuna həsr olunan seminarda Tətbiqi proqnozlaşdırma laboratoriyasında işlənib hazırlanmış proyektlər seminar iştirakçılarına nümayiş etdirilib. Bu layihələr texniki proqnozlaşdırmanın sənaye, materialların səciyyələndirilməsi, tibbi diaqnostika kimi sahələrində tətbiq edilir.

Seminarda texniki proqnozlaşdırma sahələrinin inkişafında əhəmiyyətli rol oynayan riyazi anlayışlar da müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: