Oktyabrın 23-də saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.
Veriliş Azərbaycanda mikrobiologiya sahəsində aparılan tədqiqatlara, bu sahədə əldə olunan nailiyyətlərə, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunacaq.
Proqramın qonağı Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.