AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Böyük Britaniyanın Haddersfild Universitetinin Materialların tədqiqi laboratoriyasının müdiri, professor Vladimir Vişnyakovun iştirakı ilə elmi seminar keçirilib.
Seminarı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq Haddersfild Universiteti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, universitetin Materialların tədqiqi laboratoriyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar" (İNTERLABCAT) beynəlxalq laboratoriyası ilə birgə elmi tədqiqat işləri aparır.
Alim, həmçinin seminarın keçirilməsində əsas məqsədin iki qurum arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib.
Sonra Vladimir Vişnyakovun “Nanoquruluşlu materialların analitik tədqiqatları” mövzusunda məruzəsi dinlənilib. Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, birgə elmi tədqiqatların davam etdirilməsinin zəruriliyi qeyd olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.