Belarus Milli Elmlər Akademiyasının Radiobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Eksperimental bioloji modellər üzrə bioloji modellərdə spontan və induksiyalı karsinogenezin öyrənilməsi laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Natalya Veyalkovanın iştirakı ilə AMEA-nın Biofizika İnstitutunda elmi seminar keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyət istiqamətləri və aparılan elmi tədqiqat işləri barədə məlumat verib.
Bundan əlavə, iki qurum arasında elmi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.
Daha sonra N.Veyalkovanın "Belarus Milli Elmlər Akademiyasının Radiobiologiya İnstitutunun Dövlət Elmi Təşkilatının elmi tədqiqat istiqamətləri" mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, Radiobiologiya İnstitutu radioaktiv tullantılarla ətraf mühitin çirklənməsinin qarşısının alınması, həmçinin həyat şəraitinin yaxşılaşdırılması və keyfiyyətinin inkişaf etdirilməsi istiqamətində metodlar hazırlayır.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.