Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Botanika İnstitutunun nümayəndə heyəti Berlin şəhərində keçirilmiş işçi toplantıda iştirak ediblər
05.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Botanika İnstitutunun nümayəndə heyəti Berlin şəhərində keçirilmiş işçi toplantıda iştirak ediblər

AMEA Botanika İnstitutunun nümayəndə heyəti Qafqaz ölkələrinin aparıcı botanika təşkilatları, Almaniyanın Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyinin (BBBM), o cümlədən Volksvagen Fondunun nümayəndələrinin iştirakı ilə Berlin (Almaniya) şəhərində keçirilən işçi toplantıya dəvət alıblar.

2011-2014-cü illərdə Volksvagen Fondunun dəstəyilə ilə BBBM ilə müştərək həyata keçirilən layihənin nəticələri, aparılan elmi-tədqiqat və təşkilati işlər, əldə edilən nəticələr müzakirə edilib. AMEA Botanika İnstitutunun layihə müddətində əldə etdiyi nailiyyətlər institutun direktoru, b.e.d., prof. Validə Əlizadə və Elmi informasiya və innovasiya şöbəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva tərəfindən məruzə edilib. Qeyd edilib ki, layihə çərçivəsində Botanika İnstitutunun zəngin Herbari Fondunun infrastrukturu yenilənib, qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılıb və online istifadəsi üçün virtual şəbəkəyə qoşulub, yüksək dağ ərazilərində çöl təcrübələrinin aparılması üçün instituta nəqliyyat vasitəsi təqdim edilib. Gənc mütəxəssislər botanikanın müasir sahələri üzrə Almaniyada magistr və doktorluq pillələri üzrə təhsil alırlar. Volksvagen Fondunun nümayəndəsi Azərbaycan tərəfin layihə çərçivəsində əldə etdiyi uğurları xüsusi qeyd edərək onların əsasında digər fondların maliyə dəstəyinin cəlb edilməsini və elmin inkişafına təkan verilməsini yüksək qiymətləndirib. Davamlı əməkdaşlıq üçün gələcək planların müzakirəsində AMEA Botanika İnstitutunun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d. Vüqar Kərimov müzakirələrdə iştirak edərək Azərbaycanın bəzi nadir bitki növlərinin müasir səviyyədə tədqiq edilməsini təklif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: