Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2018 09:49
  • A-
  • A
  • A+

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları üçün seminar keçirib

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları üçün seminar keçirib

"Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları üçün “Web of Science” Məlumat Platformasından istifadəyə dair maarifləndirici seminar təşkil olunub.

Tədbirdə agentliyin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış edərək platformanın imkanları və əsas elementləri, beynəlxalq elmi jurnalların seçilməsi və məqalələrin dərc edilməsi, elmi istinadlar və onların analizi, humanitar elmlər üzrə axtarış sorğusunun tərtib edilməsi barədə məlumat verib.

Seminarda muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirli, şöbə müdirləri - filologiya üzrə elmlər doktoru, professor Aida Qasımova, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva və digərləri çıxış edərək sual və təkliflərini bildiriblər.

Daha sonra akademik yazı üslubunun başlıca tələbləri və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: