AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin (SN) S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyası (RTƏS) arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqaviləni GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və SN RTƏS-in direktoru Tahir Vəliyev imzalayıblar.
Beş il müddətinə imzalanan müqavilədə Azərbaycanda yoluxucu xəstəliklərin insan və kənd təsərrüfatı heyvanlarında yayılmasının bioloji, ekoloji və ictimai-sosial xüsusiyyətlərinin öyrənilməsi, xəstəlik törədicilərinin genetik müxtəlifliyinin ölkə üzrə müəyyənləşdirilməsi, onların bioloji, ekoloji və ictimai-sosial amillərlə bağlılığının öyrənilməsi, mübarizə üsullarının hazırlanması kimi məsələlər nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.