Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

04.11.2020 15:28
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşının Qarabağ haqqında məqaləsi İordaniyada yayımlanıb

Şərqşünaslıq İnstitutunun əməkdaşının Qarabağ haqqında məqaləsi İordaniyada yayımlanıb

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Elnur Mustafayevin "Qarabağ Azərbaycan-İslam mədəniyyətinin incisi kimi" adlı məqaləsi İordaniya Haşimilər Krallığının məşhur "Neyruz" xəbər agentliyində dərc edilib.

Müəllif məqalədə Azərbaycan və qədim şəhərləri, xüsusi ilə Qarabağla bağlı tarixi mənbələrə əsaslanmaqla ətraflı məlumatlar verib, həmçinin İslam mədəniyyəti kontekstində Yaxın Şərqdə Azərbaycanın tutduğu mövqe və İslam mədəniyyətinin formalaşmasında Azərbaycanın verdiyi töhfələr haqqında mövzulara toxunub.

Bununla yanaşı, məqalədə ermənilərin XVIII-XIX əsrlərdə Rusiya çarlığının Qafqazda yürütdüyü işğalçılıq siyasətinin bir tərkib hissəsi kimi Azərbaycanın qədim torpaqlarına köçürülməsi, ermənilərin bu ərazilərdə məskunlaşdırılması nəticəsində Qarabağ və digər ərazilərdə İslam mədəniyyətinin bir parçası olan qədim Azərbaycan abidələrinə dəymiş zərərlər haqqında ətraflı məlumatlar verilib.

Həmçinin keçən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Ermənistan hərbi-siyasi hakimiyyətinin Azərbaycan ərazilərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırım hadisələrinə və qədim Azərbaycan torpaqlarının işğal edilməsinə toxunulub, bu məsələ ilə bağlı beynəlxalq təşkilatların və dünya ölkələrinin qəbul etdiyi qərarlar qeyd edilib.

E.Mustafayev məqalənin sonunda cari ilin sentyabr ayında Ermənistanın Azərbaycana hücum etməsi, hərbi təxribatlara əl atması və bu hücumlar nəticəsində həlak olmuş dinc şəxslər və əhaliyə dəymiş maddi-mənəvi zərərlər haqqında statistik məlumatları və münaqişə ilə bağlı digər məsələləri diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: