Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

12.11.2020 15:20
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib

Naxçıvan Bölməsində Konstitusiya Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

“Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır” mövzusunda keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə qələbə münasibəti ilə bu elm müəssisəsində işləyən əməkdaşları və onların timsalında bütün Azərbaycan xalqını təbrik edib.

Ömrünü Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin təşəkkül tapmasında əvəzsiz xidmətlərindən danışan akademik görkəmli dövlət xadiminin müasir Azərbaycanın inkişafı tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi müdirik və uğurlu siyasətindən söz açıb. O, dahi öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikada yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməsindən danışıb.

Bölmə sədri Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ilk Milli Konstitusiyanın qəbul edilməsi zərurətindən bəhs edərək müstəqilliyimizin əsas atributu olan Azərbaycan Respublikası Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi ölkənin dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən, dövlətçiliyin formalaşdırılması, siyasi və hüquqi sistemdə möhkəm özülün yaradılması işində mühüm addımlardan biri olduğunu deyib. Qeyd edib ki, köhnə sovet qanunları müasir tələblərə cavab vermirdi və dövlətimizin məqsədlərini, vətəndaşlarının hüquq və vəzifələrini tam əks etdirmirdi. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə tarixi zərurət nəzərə alınaraq 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı və Konstitusiya layihəsi hazırlandı. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət yekun layihə ümumxalq səsverməsinə çıxarıldı. Beləliklə müstəqil dövlətimizin ilk Milli Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilən referendum yolu ilə qəbul olundu və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə mindi.

İsmayıl Hacıyev ötən 25 ildə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikləri də diqqətə çatdırıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Azərbaycanın ərazi bütövlüyünün bərpası Milli Konstitusiyamızın 25 illiyinə ən gözəl töhfədir” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SəfərliTəbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev mövzu ətrafında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: