Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Qarabağı dünyada turizm bölgəsi kimi tanıtmaq mümkündür
16.11.2020 10:43
  • A-
  • A
  • A+

Qarabağı dünyada turizm bölgəsi kimi tanıtmaq mümkündür

Dağlıq relyefi, yaşıl meşələri, sərin bulaqları, qədim tarixə malik tikililəri, təbii müalicə əhəmiyyətli istirahət mərkəzləri Qarabağ ərazisinin turizm potensialının bir hissəsidir. Lakin uzun illər düşmən tapdağında qalan ərazilərimizdə turizm üçün cəlbedici olan bütün infrastruktur məhv edilib.

AMEA-nın Coğrafiya İnstitutunun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani bildirib ki, müəyyən kompleks planlaşdırma işləri həyata keçirməklə Qarabağ ərazisini dünyada turizm bölgəsi olaraq tanıtmaq  mümkündür. İşğaldan azad olan ərazilərdə mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajda izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: