Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

19.11.2020 11:29
  • A-
  • A
  • A+

Buğda toxumlarının stress və nəzarət variantlarında müqayisəli analizi aparılacaq

Buğda toxumlarının stress və nəzarət variantlarında müqayisəli analizi aparılacaq

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.

Səfərin məqsədi payızlıq səpini çıxımlarına nəzarət, eləcə də laboratoriya şəraitində elmi tədqiqatların aparılması məqsədilə buğda toxumlarını əldə etmək olub.

Ekspedisiya zamanı təcrübə taxıl sahələrindəki müxtəlif nəzarət pitomniklərində monitoriqlər aparılıb, buğda cücərtilərinin çıxım səviyyəsi yoxlanılıb. Bundan əlavə, laboratoriyada süni iqlim kamerasında əkilməsi məqsədilə toxumlar seçilərək instituta gətirilib. Toxumların stress və nəzarət variantlarında əkilərək müqayisəli analizinin aparılması da planlaşdırılır.

Müəssisənin Bioadaptasiya laboratoriyasında ilk olaraq stresə davamlılıqda əsas rol oynayan antioksidant müdafiə sistemi komponentlərinin miqdarı, antioksidant fermentlərin fəallığı və izoferment tərkibi tədqiq ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: