Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CULTURE

Azərbaycan maddi və mənəvi irsinə sahib çıxır
25.11.2020 17:09
  • A-
  • A
  • A+

Azərbaycan maddi və mənəvi irsinə sahib çıxır

Tarix boyu Azərbaycan torpaqlarına göz dikən ermənilər işğal etdikləri Qarabağ və ətraf rayonlardakı tarixi və mədəni irsimizi gah məhv edib, gah da erməniləşdirməyə çalışıb. Belə tarixi abidələrimizdən biri də Xudavəng monastr kompleksidir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi Ülviyyə Hacıyeva bildirib ki, ermənilərin sahiblənmək istədikləri bu abidə əslində albanlara mənsubdur və Azərbaycan xalqına məxsus möhtəşəm maddi-mədəniyyət nümunəsidir. Onun sözlərinə görə, 13-cü əsrə aid olan bu memarlıq abidəsi həm də Azərbaycan ərazisindəki ən böyük monastır kompleksidir. Ü.Hacıyeva qeyd edib ki, Qarabağda olan Alban məbədləri Alban katolikosluğuna tabe olsa da, Türkmənçay müqaviləsindən sonra vəziyyət dəyişib.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: