Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

Alimlərimizin layihəsi əsasında qatarlarda təhlükəsizlik sistemi müasir səviyyədə qurulacaq
09.12.2020 10:25
  • A-
  • A
  • A+

Alimlərimizin layihəsi əsasında qatarlarda təhlükəsizlik sistemi müasir səviyyədə qurulacaq

Strateji baxımdan mühüm geosiyasi məkanda yerləşən Azərbaycan tarix boyu diqqət mərkəzində olub. Təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Asiya və Avropa qitələri arasında hər zaman körpü rolunu oynayıb. Bu gün ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolu xətti, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri və s. kimi regional və qlobal enerji, nəqliyyat layihələrinin təşəbbüskarı, fəal iştirakçısı rolunda çıxış edir.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun alim və mütəxəssisləri də ölkəmizə bu işdə öz töhfələrini vermək üçün çalışırlar. Müəssisənin direktoru, akademik Telman Əliyev bildirib ki, institutun əməkdaşları “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizi boyunca “dəmir yolu yatağının təhlükəsizliyi”, “öncədən seysmik xəbərdarlıq sistemi” kimi layihələr təklif ediblər.

Onun sözlərinə görə, təklif olunan layihələr artıq uğurla sınaqdan keçirilib. Akademik bu layihələrin “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin iştirakçıları olan Gürcüstan, Polşa və digər ölkələr tərəfindən də maraqla qarşılandığını vurğulayıb.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: