Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

15.12.2020 17:07
  • A-
  • A
  • A+

Varvara su anbarının zooplankton qruplaşmalarına dair tədqiqatlar aparılıb

Varvara su anbarının zooplankton qruplaşmalarına dair tədqiqatlar aparılıb

AMEA-nın Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının “Varvara su anbarının zooplanktonu” mövzusunda onlayn elmi seminarı baş tutub.

İclası giriş sözü ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov əməkdaşları salamlayıb, sözü məruzə üçün laboratoriyanın böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Könül Tapdıqovaya verib.

K.Tapdıqova 2019-2020-ci illərdə Yevlax rayonunun ərazisində yerləşən Varvara su anbarında zooplankton qruplaşmalarına aid tədqiqat işlərinin aparılması, bu müddət ərzində 38 növ və 3 yarımnövün  qeydə alınması, növlərin məskunlaşma xarakterinə görə hansı qruplara bölünməsi və digər məsələlər haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: