Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

25.12.2020 10:27
  • A-
  • A
  • A+

Prezidentimizin 60 illik yubileyinə ümumxalq sevinciylə və qələbəsiylə hazırlaşırıq!

Prezidentimizin 60 illik yubileyinə ümumxalq sevinciylə və qələbəsiylə hazırlaşırıq!

24 dekabr 2020-ci il Ölkə Prezidentinin ad günüdür. Prezidentimizin 59 yaşı tamam olur. Bu il nə qədər böyük Qələbələr ili olsa da, çətinliklərimiz və itkilərimiz də var. Bu mənada Xalqımız Prezidentimizin ad gününü tam lazımi səviyyədə qeyd edə bilmir.

Ancaq builki ad gününün özəlliyi ondadır ki, o, bizə böyük yubiley yaşını qeyd etməyə hazırlaşmaq üçün bir il də vaxt verib.

Daha yaxşı işləmək və bəzi çatışmazlıqları aradan qaldırmaq, təzə yaralarımızı sağaltmaq  üçün!

Prezidentimizin 60 illik yubileyinə ümumxalq sevinciylə və qələbəsiylə getmək üçün!

... Sevinclə xatırlayıram ki, yola salmaqda olduğumuz 2020-ci ildə Ölkə Prezidenti, Zati-aliləri İLHAM ƏLİYEVİN  mübarək 8 noyabr Zəfər gününün təsisiylə bağlı məlum fərmanında qeyd olunmuşdur ki, 27 sentyabr 2020-ci ildə erməni işğalçılarının növbəti təxribatıyla başlayan İkinci Qarabağ Müharibəsində 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişdilər. Doğma torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə 8 noyabrda Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Şuşa qələbəsi Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Bu qələbə Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etmişdir.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin etmişdir. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmişdir. Azərbaycan xalqı  öz yenilməz Prezidenti, Ali Baş Komandanı hörmətli, cənab İLHAM ƏLİYEVİN rəhbərliyi altında müzəffər Ordusuyla  düşmən üzərində tarixi zəfər çalaraq özünün son 200 illik tarixində ən böyük ZƏFƏR GÜNÜNÜ yazmışdır.

...Əslində hamımız ötən 30 ilə yaxın müddətdə Qarabağda qələbə ümidimizi heç zaman kəsməmişdik.

Ancaq heç bu qədərini də təsəvvür edə bilməmişik. Nəinki bu qədərini, əvvəllər olsa-olsa ancaq bunun bir hissəsini  xəyalımıza gətirə bilərdik.

...Zamanında Ümummilli liderimizin bunu edə biləcəyinə çox  inanmışdıq. Fani zaman bunu etməyə Ona imkan verməsə də, Onun məşhur kəlamı bizim yeni gələcək inamımıza böyük dəstək olmuşdu. Ümummilli liderimizin “Mən İlham Əliyevə özüm kimi inanıram. İnanıram ki, O mənim arzularımı gerçəkləşdirəcəkdir” sözləri bizim ömrümüzdə mayak oldu, həyat yollarımıza işıq saçdı.

Prezidentimizdən bu qələbəni həmişə ummuşuq, bu qələbəni illərlə gözləmişik.

Qəlbimizdə, ürəyimizdə böyük bir ümid getdikcə boy atıb, ilkin vaxtlarda işartı olan ümidimiz getdkcə şölə saçıb. Hesab etmişik ki, bu məsələ mütləq hansı formada olursa olsun həll olunacaqdır.

Əksər vaxtlarda özümüzü bu qələbəyə tam inandıra bilmişik. Ancaq indi fikirləşirik ki, keçmiş hadisələrə, müxalif fikirlərə  düzgün qiymət verə bilmədiyimiz hallar da olub. Kimlərinsə fikrinə aldanıb bəzən düşünmüşük ki, bəlkə elə ətraf 5 rayonu almaq daha xeyirdir. İndi o vaxtkı fikirlərin nə qədər səhv olduğu daha aydın görünür. Ümummilli LİDERİMİZİN, PREZİDENTİMİZİN tövsiyyələrini qərəzli şərh edənlərə layiqli cavab vermədiyimizin ağrısını çox çəkmişik. 2016-cı il aprel döyüşlərinin bəzən "Niyə, nə üçün dayandıq?" deyənlər kimi tarixi əhəmiyyətini layiqincə qiymətləndirə  bilməmişik.

Aprel Şəhidlərimizə üzülsək də, acısaq da Lələtəpə yüksəkliyinin, Cocuq Mərcanlının nə demək olduğu indi daha yaxşı anlamaqdayıq.

…Sentyabr döyüşləri başlayanda  ürəklənmişik. Ancaq istəməmişik ki, nahaq, nəticəsiz qanlar tökülsün. İstəməmişik ki, itkilərimiz, Şəhidlərimiz olsun.

Ancaq qələbə itkisiz olmur.

...Nə yaxşı ki, 4 oktyabrda Cəbrayılla qələbə soraqlı günlərimiz başladı.

Ancaq bu qədər böyük qələbəni  bu tezliklə gözləmək çox çətin bir iş idi.

Bu qədər böyük qələbəni təsəvvür etmək belə çox-çox çətin bir iş idi.

...Qələbə sevincli oktyabrın ilk ongünlüyündə hər növbəti qələbə “tvit”i alanda hamının sevinci çoxalırdı. İnsanlar ağıllarına  gətirdiyi ”İlahi görəsən tezliklə ŞUŞA qələbəsini də əldə etmək olarmı?” fikrindən titrəyirdi, həyəcanlanırdı. Həyəcandan insanların gözləri yaşarırdı. ŞUŞA qələbəsini təsəvvür etmək belə çox çətin bir iş idi. İnsanlar  “ŞUŞAnın qələbə xəbəri olsa, adam sevincdən DƏLİ OLAR, DƏLİ!” deyirdilər. Göz yaşlarını saxlaya bilmirdilər, kövrəlirdilər.

... Ancaq günlər keçdi. Biz qələbələrə daha çox inandıq.

ALİ BAŞ KOMANDANIMIZA daha çox inandıq.

Hadrut qələbəsi, Füzuli qələbəsi, Zəngilan qələbəsi, Qubadlı, qələbəsi, Xudafərin qələbəsi... Biz Qələbədən doymurduq. Biz Qələbəyə təşnə idik. Qələbə tamarzısı idik.

ALİ BAŞ KOMANDANIMIZ  bizi QƏLƏBƏLƏRƏ, ZƏFƏRLƏRƏ yaman  öyrətdi.

...Nəhayət 8 noyabr ŞUŞA qələbəsi gələndə BİZ DAHA DƏLİ OLMADIQ!

Ancaq dəli sevincdən bayraq götürüb yüz minlərə, milyonlara qoşulduq. Sevinclə dünyaya haray çəkdik. “Biz qalib gəldik”-deyərək qalibiyyət hissini yaşadıq.

ŞUŞA tam qələbə rəmzi idi. Artıq tam qələbənin astanasında idik.

...Həmin gün – noyabrın 9-dan 10-na keçən gecə insanlar  “Gözümüz aydın, müharibə qurtarır, Prezident xalqa müraciət edir”, - deyərək gecə vaxtı sevincdən küçələrə axışdılar.

...Prezidentimiz imza edirdi. Prezidentimiz  xalqa müraciət edirdi.

Cənab Prezident xalqa QƏLƏBƏ müjdəsi verirdi.

PREZİDENTİMİZ BÖYÜK TARİXİ QƏLƏBƏMİZİ ELAN EDİRDİ!

BİZ SEVİNİRDİK! DƏLİ KİMİ SEVİNİRDİK!

...Sonra Ağdam, Kəlbəcər, Laçın qələbəsi də gəldi.

İndi Qələbələr daha bizi dəli etmir, sadəcə sevindirir.

QARABAĞIN TAM QƏLƏBƏSİ DƏ BİZİ DƏLİ ETMƏDİ!

BİZ  QƏLƏBƏLƏRƏ ÖYRƏNDİK!

CƏNAB PREZİDENT ŞUŞA qələbəsini ÜMUMİ QƏLƏBƏYƏ ÇEVİRDİ!

CƏNAB PREZİDENT ŞUŞA qələbəsini ZƏFƏR GÜNÜ ELAN ETDİ!

BİZ  ZƏFƏR GÜNÜMÜZÜ GÖRDÜK!

ANCAQ SEVİNCDƏN DƏLİ OLMADIQ!

XALQIMIZ  ZƏFƏR GÜNÜNÜ GÖRDÜ!

BİZİM PREZİDENTİMİZ ÜMUMMİLLİ LİDERİMİZİN BÖYÜK ARZUSUNU YERİNƏ YETİRDİ!

Bəli, bizim QƏLƏBƏ BAYRAMI GÜNÜMÜZ- ZƏFƏR GÜNÜMÜZ də oldu!

ZƏFƏR GÜNÜMÜZ Xalqımıza qürurunu, özünəgüvənini, inamını qaytardı!

ZƏFƏR GÜNÜMÜZ Xalqımızın ümidsizliyini, sınıqlığını qovdu!

ZƏFƏR GÜNÜMÜZ birliyimizi, yekdilliyimizi bərqərar etdi!

ZƏFƏR GÜNÜMÜZ bayrağımızı çox-çox yüksəklərə qaldırdı!

ZƏFƏR GÜNÜMÜZ Prezident İlham Əliyevdən Azərbaycana əbədi yadigar qaldı!

ZƏFƏR GÜNÜMÜZ Bizi xoşbəxtlərin xoşbəxti etdi!

ZƏFƏR GÜNÜMÜZ bizim xalqın yaddaşından heç zaman silinməyən ən əziz, unudulmaz gün oldu!

İNDİ ZƏFƏR GÜNÜMÜZÜN zirvəsində durub XALQIMIZIN DÜŞMƏNLƏRİNƏ HAYQIRIRIQ:

“...Ey dünyanın ən alçağı olan əli silahlı, ürəyi nifrətli faşist-cəllad  ermənilər!

Sizə “ÇIXIN GEDİN VƏTƏNİMİZDƏN! BİZƏ DÜŞMƏN OLANLAR  QOVULACAQDIR! BİZƏ HƏQARƏT EDƏNLƏR CƏHƏNNƏM ODUNDA YANACAQLAR!!!” DEDİK VƏ ETDİK!

“BİZ  İŞĞALÇI ERMƏNİ QOŞUNLARININ   BAŞINI  ƏZƏCƏYİK!”  DEDİK və ƏZDİK!

“QALİB ORDUMUZLA QARABAĞA GİRƏCƏYİK!” DEDİK və GİRDİK!

“BAYRAĞIMIZI  ŞUŞADA, LAÇINDA, KƏLBƏCƏRDƏ YÜKSƏLDƏCƏYİK!” DEDİK və YÜKSƏLTDİK!

“TAM QƏLƏBƏ ŞƏRBƏTİNİ İÇƏCƏYİK!” DEDİK və İÇDİK!

“ YURDUMUZUN HƏR YERİNDƏ  BAYRAĞIMIZI  YÜKSƏLDƏCƏYİK!” DEDİK və YÜKSƏLTDİK!

“BİZ HƏMİŞƏLİK QALİB GƏLƏCƏYİK!!!” DEDİK, QALİB GƏLDİK və GƏLƏCƏYİK!...”

EŞQ OLSUN ORDUMUZA!

EŞQ OLSUN XALQIMIZA!

***

...EY MİLLƏTİ XƏCALƏTDƏN QURTARAN CƏNAB RREZİDENT!

Hörmətli ALİ BAŞ KOMANDANIM!

SİZİN AD GÜNÜNÜZÜ BÜTÜN QƏLBİMİZLƏ, SƏMİMİYYƏTİMİZLƏ, SEVGİMİZLƏ, SAYĞIMIZLA ÜRƏKDƏN TƏBRİK EDİRİK!

VAR OL, YAŞA, QALİB GƏL HƏMİŞƏ! ƏBƏDİ  EŞQ OLSUN SİZƏ!

SİZİN RƏHBƏRLİYİNİZLƏ QARŞIGDAKI TAM QƏLƏBƏLƏRƏ, TAM ZƏFƏRLƏRƏ İNANIRIQ!

EŞQ OLSUN PREZİDENTİMİZƏ!

EŞQ OLSUN ALİ BAŞ KOMANDANIMIZA!

Var olsun Azərbaycan! Var olsun Qarabağ! QARABAĞ AZƏRBAYCANDIR!

QƏLƏBƏLƏRİMİZ ƏBƏDİ OLSUN!

Əlövsət ƏLİYEV, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: