Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

06.01.2021 16:32
  • A-
  • A
  • A+

Professor Elton Məmmədov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

Professor Elton Məmmədov Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü – akademiki seçilib.

Qeyd edək ki, bu qurumun həqiqi üzvlüyünə türk dünyasının görkəmli alimləri Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası Rəyasət Heyətinin təqdimatı əsasında qəbul edilirlər.

Bu gün Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü – akademiki diplomunu və qızıl döş nişanını professor Elton Məmmədova beynəlxalq qurumun Türkdilli ölkələr üzrə təmsilçisi professor Elçin İskəndərzadə təqdim edib.

Texnika elmləri doktoru, professor Elton Məmmədov onlarla elmi məqalənin, kitab və monoqrafiyanın müəllifidir. O, bir sıra beynəlxalq və yerli elmi konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələrlə çıxış edib.

Beynəlxalq qurum tərəfindən Azərbaycan aliminə verilən yüksək ad və diplom bütünlükdə Azərbaycan elminin uğurudur.

Professor Elton Məmmədovu Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü – akademiki seçilməsi münasibətilə təbrik edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: