Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

"20 Yanvar" - Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib
01.01.1970 04:00
  • A-
  • A
  • A+

"20 Yanvar" - Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar "20 Yanvar" - Zəfərə aparan yol” mövzusunda  onlayn tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilən tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Famin Salmanov da iştirak edib. Tədbirdə institut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü f.d Famin Salmanov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışəb. F.Salmanov qeyd edib ki, 31 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Həmçinin F.Salmanov məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

AMEA-nın YAP ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Qurbanova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Fərid Mustafayev Azərbaycan tarixində 20 Yanvar və ondan əvvəl baş vermiş faciəli hadisələrin  xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib. F.Mustafayev qeyd edib ki,  20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Aytən Məmmədova və Aysel Xudai 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd ediblər. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən video rolik nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: