98 il əvvəl Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və digərlərinin təşəbbüsü ilə yaradılır. Həmin illərdə fondunda 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazma və 1 oxu zalı var idi. Bu gün isə bura 1 milyon 330 mindən çox kitab, 14 oxu zalı, avtomatik qeydiyyat avadanlıqları, elektron kataloqlar, sistemləşdirmə avadanlıqları və istirahət guşələri ilə təmin olunub. Bəli, söhbət informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasından gedir.
Kitabxananın Nadir kitablar fondunda 1998-ci ildən bu yana tarixi əhəmiyyətli elmi nəşrlər, nadir və qiymətli kitablar saxlanılır. Nadir kitab fondunda mühafizə olunan kitablar əsasən ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir.
Həmin nəşrlərdən biri də 1533-cü ildə çap olunmuş qədim romalılar, onların yaşayış tərzi, mədəniyyəti haqqında olan Flavius Blondus adlı alimin kitabıdır.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.