Mərhum alim Nəsrəddin Qarayev tərəfindən transfonoliterasiya edilən Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” toplusunun mətninin AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov tərəfindən mənimsənilərək nəşr edildiyi, həmin nəşrdə N.Qarayevin adının tərcüməçi və tərtibçi kimi qeyd olunmadığı barədə iddialar irəli sürülüb.
Bu mövzuda jurnalistikanın sosial məsuliyyət nəzəriyyəsini rəhbər tutaraq, institutun aparıcı elmi işçisi, dosent Əkrəm Bağırova bir çox media orqanlarında dərc olunan ittihamlara cavab verməsi üçün şərait yaratdıq. Alim Elm TV-yə müsahibəsində qeyd edib ki, “Təzkireyi-Nəvvab”ın nəşrə hazırlanması Nəsrəddin Qarayevin beş illik (1975-1980-ci illər üçün) elmi planına daxil idi.
Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.