Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

07.04.2021 17:05
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının cari ildə 1-ci sayı çapdan çıxıb

“Metafizika” jurnalının cari ildə 1-ci sayı çapdan çıxıb

Azərbaycan Respublikasında beynəlxalq elmi-nəzəri rüblük nəşr olan “Metafizika” jurnalının 2021-ci il üçün 1-ci sayı işıq üzü görüb.

Jurnalın bu sayında Anar Qafarovun “Əxlaqın mənbəyi kimi bir dəyər olaraq ailə: Nəsirəddin Tusi nümunəsində təhlil”, Zaur Məmmədovun “Elmi cəmiyyətlərin fəaliyyətinin hüquqi tənzimlənməsi”, Şəfəq Əhmədovanın “Siyasi münaqişələrin mahiyyəti və onların həllində informasiyanın rolu”, İslam Məhəmməd Əbdülfəttahın “Ayfer Tunçun avtobioqrafik ədəbiyyatında Türkiyə ictimaiyyətinin siması”, Səməd Bayramzadənin “Cənubi Azərbaycan milli-demokratik hərəkatında Ənuşiravan İbrahimi siması”, Abdullah Hüseyni və Məsumə Rəcəb Nejadianın “Avqustin Avreli və Con Hick fəlsəfəsindəki Şər probleminin müqayisəli tədqiqi” adlı məqalələri yer alıb.

Sözügedən məqalələri buradan oxuya və yükləyə bilərsiniz.

Qeyd edək ki, “Metafizika” jurnalının baş redaktoru dos., Dr. Ələddin Məlikovdur. Jurnal hazırda Azərbaycan, rus, ingilis, türk, fars və ərəb dillərində fəlsəfə, fəlsəfə tarixi, din fəlsəfəsi, ilahiyyat, tarix, ədəbiyyat, dilçilik, arxeologiya və etnoqrafiya, hüquq və siyasi elmlər üzrə akademik məqalələri qəbul edir. “Metafizika” jurnalında nəşrə dair tələblər və müəlliflər üçün məlumatlarla buradan tanış ola bilərsiniz.

Onu da bildirək ki, sözügedən nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məqalələrin dərc olunması tövsiyə edilən elmi nəşrlər sırasındadır. Bundan əlavə, bir sıra xarici elmi bazalarda da indekslənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: