Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  IMPORTANT EVENTS

“Elm TV” Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan sənədli film hazırlayıb
17.05.2021 14:58
  • A-
  • A
  • A+

“Elm TV” Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan sənədli film hazırlayıb

Mayın 17-də “Elm TV”də Azərbaycan ədəbi-bədii, elmi-pedaqoji, ictimai-siyasi fikir tarixinin görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anım günü münasibətilə sənədli film yayımlanıb.

Ekran əsərində bildirilir ki, Ə.Haqverdiyev yazıçı, dramaturq, tərcüməçi, publisist kimi olduqca zəngin bir irs qoyub, bir müddət aktiv ictimai-siyasi fəaliyyət göstərib, diplomatik işdə çalışıb, universitetdə ədəbiyyat tariximizdən mühazirələr oxuyub.

Qeyd olunur ki, müasirləri, dövrünün tanınmış şəxsiyyətləri onun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndiriblər. Bir çox mütəfəkkir şəxsiyyətlər Ə.Haqverdiyevin ədəbi fəaliyyətinin 35 illiyi münasibətilə ona ünvanladıqları məktublarda Haqverdiyevə böyük yazıçı və alim kimi müraciət ediblər. Onun şəxsi arxivində saxlanılan bu məktublar Ə.Haqverdiyevin həyatını dərindən tədqiq etməyə imkan verir.

Sənədli filmdə görkəmli yazıçının Şuşada təhsil aldığı müddətdə ermənilər tərəfindən ona göstərilən təzyiqlər, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları, eləcə də Ağdamdan köçdüyü zaman itib-batmış əlyazmaları, teatr, dram sənətinə dair elmi tədqiqat işləri barədə məlumat da verilir.

Həmçinin vurğulanır ki, Ə.Haqverdiyevin rejissorluq qabiliyyəti onu səhnə sənəti sahəsində virtuoz sənətkara çevirib, ədibin milli teatr tarixmizin bilicisi, tədqiqatçısı kimi də yetişməsinə imkan yaradıb.

Sözügedən sənədli filmi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

>
  • Share: